18 yaşına çatmış vətəndaşların vaksinasiyasına başlanılır

   18 yaşına çatmış vətəndaşların vaksinasiyasına başlanılır
  06 May 2021    Oxunub:2795
Mayın 10-dan etibarən Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyasına başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

T.Musayev 18 yaşdan yuxarı vətəndaşları vaksinasiya kampaniyasına qatılmağa çağırıb.

“Əzizlərinizin, doğmalarınızın həyatını düşünərək bu kampaniyaya qatılmaqla cəmiyyətin normal həyata qayıdışını təmin edə bilərsiniz. Vaksinasiya ilə yanaşı, maska taxmaq, məsafə gözləmək və digər gigiyenik qaydalara əməl etmək məcburidir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Vaksinasiya  






Xəbər lenti