“Bakı ilə İrəvan arasında dialoqun qurulmasında maraqlıyıq” - Lavrov

“Bakı ilə İrəvan arasında dialoqun qurulmasında maraqlıyıq” -  Lavrov
  06 May 2021    Oxunub:2156
Dağlıq Qarabağda vəziyyət normallaşır, kiçik hadisələr Rusiya sülhməramlıları tərəfindən dərhal və effektiv şəkildə həll edilir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ara Ayvazyanla birgə mətbuat konfransında deyib.

XİN başçısı bidlrib ki, Dağlıq Qarabağ nizamlanmasında müsbət tendensiyalar müşahidə olunur: “Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir. Kiçik insidentlər dərhal və effektiv şəkildə sülhməramlı qüvvələrimiz tərəfindən həll edilir".

Lavrov, həmçinin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəal işlədiyini deyib: "Biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə İrəvan arasında dialoqun qurulmasında maraqlıyıq".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  



Xəbər lenti