Sabaha olan hava proqnozu
Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


