ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması təxirə salına bilər

 ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması təxirə salına bilər
  08 May 2021    Oxunub:2471
ABŞ-ın Avropadakı müttəfiqləri rəsmi Vaşinqtondan qoşunların Əfqanıstandan geri çəkilməsini təxirə salmağı xahiş edirlər.
Azvision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Məlumata görə, Birləşmiş Ştatların müttəfiqləri hərbçilərinə logistik və maddi-texniki dəstək göstərmək baxımından qoşunlarını Əfqanıstandan gec çıxarmaqla bağlı Vaşinqtona müraciət ediblər. Eyni zamanda, bəzi dövlətlər müəyyən olunmuş tarixə qədər Əfqanıstanı tərk edə bilməyəcəklərini söyləyiblər.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Əfqanıstanda ölkəsinin missiyasını başa vurduğunu və 1 maydan etibarən qoşunlarını geri çəkməyə başlayacağını bəyan edib. Ordu rəhbərliyi isə hərbçilərin əsas hissəsinin 4 iyul - Müstəqillik gününə qədər Kabili tərk edəcəklərini deyib.

ABŞ 2020-ci ildə "Taliban" radikal hərəkatı ilə sülh razılaşması imzalayıb. Bayden adminstrasiyası razılaşmaya yenidən baxmaq niyyətində olduunu açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  



Xəbər lenti