“Azərbaycan qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir” - Baş nazir
Baş nazir bildirib ki, ümumilikdə Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursda insan amili, əhalinin sosial müdafiəsi prioritet təşkil edir:
"Əhalinin sosial maraqlarının təminatı, xüsusən aztəminatlı insanların sosial müdafiəsi, şəhid və qazilərin, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, ölkənin iqtisadi potensialının, ilk növbədə, xalqın rifahına yönəldilməsi dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən edilib. Milli iqtisadiyyatın sosialyönümlülük prinsipi əsasında inkişafı Ulu Öndərin əsas strateji hədəflərindən biri olub. Heydər Əliyevin neft strategiyasına uyğun olaraq 1999-cu ildə yaradılmış Dövlət Neft Fondu əldə olunan gəlirlərin toplanmasını təmin edərək məcburi köçkünlərin məskunlaşması üçün qəsəbələrin salınması, insan kapitalının inkişafı məqsədilə xaricdə təhsil proqramlarının maliyyələşdirilməsi kimi sosial məsələlərlə yanaşı, ilk növbədə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, vəzifəsinin reallaşdırılmasına istiqamətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı və parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi Heydər Əliyevin neft strategiyasının əsas məqsədlərindən biri idi".
Azvision.az
Teqlər: Baş-nazir Əli-Əsədov







Vaxtında, Aydın, Lazımlı!


