ABŞ Makuntusun səfir təyinatına aqreman verdi

ABŞ Makuntusun səfir təyinatına aqreman verdi
  08 May 2021    Oxunub:2560
Amerika tərəfi Lilit Makuntsun Ermənistanın Vaşinqtondakı səfiri təyin edilməsi üçün aqreman (razılıq – red.) verib.
Azvision.az -ın məlumatına görə, bu barədə "Hraparak" nəşri yazıb.

Qeyd olunub ki, aqreman bir həftə əvvəl alınıb. Hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts parament buraxıldıqdan sonra Vaşinqtona gedəcək.

Qəzetin yazdığına görə, daha əvvəl Makuntsun Vaşinqtona səfir təyin edilməsi qərarı Xarici İşlər Nazirliyi əməkdaşları tərəfindən süngi ilə qarşılanmışdı.

"İndi onları "sakitləşdirmək" üçün siyasi rəhbərlik peşəkar diplomatların kadr təyinatlarını etmək qərarına gəlib. Belə ki, 30 ilə yaxındır diplomatik xidmətdə olan Ruben Xarazyan Ermənistanın Türkmənistandakı diplomatik nümayəndəliyinə rəhbərlik edəcək. Hakimiyyət gələcəkdə Xarici İşlər Nazirliyinin işinə qarışmayacağına da söz verib".

Xatırladaq ki, Makuntusun mümkün təyinatı ilə bağlı xəbərlər həm hakimiyyət daxilində, həm də müxalifətdə, eyni zamanda ABŞ-dakı erməni diasporasında narazılıqla qarşılanmışdı. Onun bu vəzifə üçün uyğun olmadığı barədə fikirlər səslənirdi. Makintus baş nazir vəzifəsini icra edən Nikol Paşinyana ən yaxın adamlardan biridir. O, Paşinyanın ingilis dili müəllimi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Ermənistan  



Xəbər lenti