Ermənistanda koronavirusa yoluxma sayı 219 mini ötdü

Ermənistanda koronavirusa yoluxma sayı 219 mini ötdü
  08 May 2021    Oxunub:1323
Ermənistanda son sutka ərzində daha 411 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 219 092 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 16 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4225-a yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1038 nəfərdir.

Aktiv xəstələrin sayı 9708 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  



Xəbər lenti