MAXE olmaq istəyənlərə kurslar keçirilir
Burada kurs müddəti ərzində müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətə başlamaq istəyən hərbçilərin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə müvafiq dərslər keçirilir.
Qeyd edək ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında (TTM) fəaliyyətə başlayıb.
TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu - müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir.
Azvision.az
Teqlər: MAXE







Vaxtında, Aydın, Lazımlı!


