Koçaryan və daşnaklar Paşinyana qarşı birləşdilər

 Koçaryan və daşnaklar Paşinyana qarşı birləşdilər
  10 May 2021    Oxunub:2442
Ermənistanın sabiq prezidenti Robert Koçaryan, "Daşnaksütyun" və "Dirçələn Ermənistan" partiyalarının rəhbərləri seçkiqabağı blokun yaradılması ilə bağlı memorandum imzalayıblar.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, blokun təqdimatı bu gün İrəvanda Koçaryana qoşulan siyasi qüvvələrin mitinqində baş verib.

Siyasi bloka "Ermənistan" adı verilib. Nikol Paşinyana qarşı birləşən qüvvələr iyun ayında keçiriləcək parlament seçkilərində iştirak etmək qərarına gəliblər. Yeni yaradılan partiyalar blokuna R.Koçaryan rəhbərlik edəcək.

Qeyd edək ki, "Dirçələn Ermənistan" partiyasını Sünik (Zəngəzur red.) bölgəsinin keçmiş qubernatoru Vahe Akopyan ikinci Qarabağ müharibəsindən sonra təsis edib.

Azvision.az


Teqlər: Ermənistan   Koçaryan  



Xəbər lenti