Ermənistan parlamentində yeni baş nazir müzakirəsi

Ermənistan parlamentində yeni baş nazir müzakirəsi
  10 May 2021    Oxunub:2841
Ermənistan parlamenti bu gün baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini müzakirə etmək üçün növbəti iclasını keçirəcək.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, müzakirələr saat 12:00-da başlayacaq. Əvvəlki iclasda fraksiyalarla razılığa əsasən, parlament Paşinyanı hökumət başçısı vəzifəsinə seçməyib.

Konstitutsiyaya görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməməlidir, bundan sonra parlament buraxılır və erkən seçkilər elan edilir.

Erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Paşinyan 25 apreldə istefa verib, lakin baş nazir vəzifəsini müvəqqəti icra edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti