ABŞ Əfqanıstandakı hərbçilərini Rusiya sərhədlərinə köçürə bilər

 ABŞ Əfqanıstandakı hərbçilərini Rusiya sərhədlərinə köçürə bilər
  10 May 2021    Oxunub:2596
ABŞ Əfqanıstandan çıxarılan qoşunlarını Orta Asiya ölkələrinə yerləşdirə bilər.
Azvision.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Nəşr qeyd edir ki, Vaşinqtonın Kabilə dəstək vermək və “Taliban” radikal hərəkatı yaraqlılarını cilovlamaq üçün yalnız hərbi personal deyil, pilotsuz təyyarələr, bombardmançı və artilleriya da yerləşdirmək üçün bazalara ehtiyac var.

ABŞ hökuməti və Pentaqon nümayəndələrinin sözlərinə görə, Orta Asiyanın Əfqanıstanla qonşu ölkələri, Fars körfəzi dövlətləri və Hərbi Dəniz Qüvvələrinin ayrı-ayrı gəmiləri gələcəkdə qoşun yerləşdirilməsi üçün mümkün yerlər kimi nəzərdən keçirilir.

Bəzi hərbi vəzifəlilərin və ABŞ Prezidenti Co Bayden administrasiyası nümayəndələrinin fikrincə, Əfqanıstanla həmsərhəd olan Özbəkistan və Tacikistana qoşun yerləşdirmək daha yaxşı olardı. Beləliklə, hərbçilər lazım gələrsə, ölkəyə sürətli şəkildə girə bilər. Bununla belə, Rusiyanın bölgədəki "böyük hərbi mövcudluğu" və Çinin təsirinin artması səbəbindən bu ölkələrə qoşunların köçürməsinin çətin olacağını düşünənlər də var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya  



Xəbər lenti