“Rusiya ilə münasibətlərdə dəyişiklik yoxdur” - Borrel

 “Rusiya ilə münasibətlərdə dəyişiklik yoxdur” -  Borrel
  10 May 2021    Oxunub:1519
Brüsseldə keçiriləcək Avropa İttifaqı ölkələri xarici işlər nazirlərinin görüşünün gündəliyinə Rusiya ilə əlaqələr mövzu daxil edilib.
Azvision.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel bildirib.

O, Rusiya ilə münasibətlərdə dəyişikliyin olmadığını əlavə edib: "Rusiyadakı vəziyyəti müzakirə edəcəyik, situasiyada dəyişiklik yoxdur”.

Xatırladaq ki, 30 aprel tarixində Rusiya Xarici İşlər Nazirliyi ölkəyə girişi qadağan olunan 8 Avropa İttifaqı vətəndaşının siyahısını yayımlayıb. Siyahıda Avropa parlamentinin rəhbəri David Sassoli və Avropa Komissiyasının Avropa dəyərləri və şəffaflıq üzrə vitse-prezidenti Vera Yurovanın da adları yer alıb.

XİN bu addımın Aİ Şurası tərəfindən martda 6 Rusiya vətəndaşına qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə cavab olaraq atıldığını bəyan edib. Aİ qərarı qınayıb və əsassız adlandırıb.

Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlər Ukraynada və Krım ətrafındakı vəziyyətlə əlaqəli olaraq pisləşib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CozefBorrel  



Xəbər lenti