Raket zərbəsi nəticəsində 6 israilli yaralanıb

Raket zərbəsi nəticəsində 6 israilli yaralanıb
  11 May 2021    Oxunub:1595
İsrailin Aşkelon şəhərinə raket hücumu nəticəsində azı altı nəfər yaralanıb, bir binaya isə ziyan dəyib.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edək ki, HƏMAS bazar günü saat 6-ya kimi İsrailin Şərqi Qüdsdəki Əl-Əqsa məscidi və Şeyx Cərrah bölgələrindəki əsgərlərini geri çəkməsi üçün vaxt vermişdi. Bundan sonra Qəzza zolağından İsrailə 150-yə yaxın raket atılıb. Onların çoxu "Dəmir Günbəz" raketdən müdafiə sistemi tərəfindən havada vurulub.

Daha sonra HƏMAS-ın hərbi qanadı olan "Əl-Qəssam Briqadası", İsraili cavab zərbəsi ilə təhdid edərək əsgərlərini Əl-Əqsa məscidi ərazisindən geri çəkmək üçün iki saat da vaxt qoymuşdu.

Tural Tağıyev
Azvision.az


Teqlər: İsrail   Raket   HƏMAS  





Xəbər lenti