Misirin İsrail və Fələstin arasında vasitəçilik missiyası nəticə vermədi
Məlumata görə, rəsmi Qahirə bir il müddətinə atəşkəs elan edilməsi və onun monitorinqinin Misir tərəfindən həyata keçirilməsini təklif edib. Nümayəndə heyəti, həmçinin Qüdsün şərq ərazilərinin məskunlaşdırılmasını dayandırmağın, bununla gərginliyin azaldılmasının zəruriliyini diqqətə çatdırıb.
Qəzadakı Həmas liderlərinə də atəşkəslə bağlı müraciət olunub. Lakin İsrail tərəfi Misirin təkliflərini qəbul etməyib.
Azvision.az