11 yaşında Obama və Baydendən müsahibə alan jurnalist öldü
Məlumata görə, illər öncə Obamadan müsahibə almış Daymon Uiver bu yaxınlarda 23 yaşında dünyasını dəyişib.
"Uiver ibtidai sinif şagirdi kimi 2009-cu ilin avqustunda Obama ilə görüşmüş və ondan müsahibə almışdı. Görüş təxminən 10 dəqiqə davam etmişdi və şagird prezidentə əsasən məktəb və təhsillə bağlı 12 sual vermişdi".
Qəzet onu da yazıb ki, bu, Uiverin məşhur şəxslərlə yeganə müsahibəsi olmayıb. Gənc jurnalist o zamankı vitse-prezident Co Bayden, məşhur televiziya aparıcısı Oproy Unfri, basketbolçu Dueyn Ueydlə də görüşüb.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


