Türkiyədə hərbi hissəyə hücumun qarşısı alındı

Türkiyədə hərbi hissəyə hücumun qarşısı alındı
  19 May 2021    Oxunub:935
Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirdə yerləşən aviasiya təyinatlı hərbi hissəsinə terrorçular tərəfindən hücum olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mayın 19-da Türkiyə vaxtilə saat 00.30-da oyuncaq təyyarələrlə həyata keçirilən hücum cəhdinin qarşısı hərbçilərin sayıqlığı nəticəsində alınıb.

Türkiyə Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, oyuncaq təyyarələrin vurularaq zərərsizləşdirilməsi sayəsində hücum cəhdinin qarşısı qətiyyətlə alınıb.

Hadisə nəticəsində dağıntı və tələfat baş verməyib.

Azvision.az


Teqlər: Türkiyə  



Xəbər lenti