Rusiyalı ekspert: “Paşinyan sərhəd məsələsini siyasiləşdirir”

  Rusiyalı ekspert:  “Paşinyan sərhəd məsələsini siyasiləşdirir”
  19 May 2021    Oxunub:2508
"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyasının aktiv mərhələsinin başlanğıcındadır. Buna görə də onun Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciəti tamamilə siyasi qərardır".
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

Paşinyanın sərhəd məsələlərini siyasiləşdirdiyini söyləyən Korotçenko qeyd edib ki, o, bir tərəfdən Ermənistan sərhədlərini qoruduğunu nümayiş etdirmək istəyir, digər tərəfdən isə ona fəal şəkildə hücum edən siyasi rəqiblərinin əlindəki "kozırları" dağıdır.

Korotçenko xatırladıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan vacib məsələlərdən biri sərhədlərin müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, hazırda əvvəlki sərhədlərə qayıtmaq, demarkasiya işlərində keçmiş SSRİ Silahlı Qüvvələri Baş Qərargahının topoqrafik xəritələri əsas götürülür. Hansılar ki, onların üzərində açıq şəkildə Azərbaycan SSR ilə Ermənistan SSR arasında olan inzibati sərhəd xətti qeyd olunub.

"Proses ətrafında yaranan səs-küyə gəlincə, bu, işin həddindən artıq siyasiləşməsidir", -deyə rusiyalı ekspert vurğulayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Korotçenko   Paşinyan   Sərhəd  



Xəbər lenti