Fələstindən İsrail ərazisinə 4070 raket atılıb

 Fələstindən İsrail ərazisinə 4070 raket atılıb
  20 May 2021    Oxunub:691
10 may tarixindən indiyədək Qəzza zolağından İsrail şəhərlərinə 4070 raket atılıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmin raketlərdən 610-nu Qəzzanın özünə düşüb. Raketlərin təxminən 90% -i “Dəmir günbəz” hava müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Qəzza zolağında gərginlik mayın 10-dan başlayıb. Fələstin Səhiyyə Nazirliyinin son məlumatına görə, ölənlərin sayı 250 nəfəri keçib, bunlardan 227-si Qəzza zolağında qeydə alınıb. Onların arasında 60-dan çox uşaq və 30-dan çox qadın var. İsrail tərəfdən isə azı 12 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qəzza   İsrail   Fələstin  



Xəbər lenti