Qvatemala həbsxanasında qiyam, məhbusların başı kəsildi - FOTO

Qvatemala həbsxanasında qiyam, məhbusların başı kəsildi -  FOTO
  20 May 2021    Oxunub:1004
Qvatemalada həbsxanada məhbuslar qiyam qaldırıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli KİV ölkə polisinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində 10 nəfərə yaxın şəxs öldürülüb, bəzilərinin başı kəsilib.

“Qiyam Kantel bələdiyyəsindəki həbsxanada baş verib. Həbsxanada 2252 məhkum saxlanılır. Hadisənin səbəbi hələ məlum deyil. Qurbanların sayının bir qadın ziyarətçi də daxil olmaqla 10 nəfərə yaxın olduğu bildirilir", - açıqlamada deyilir.

Məlumata görə, həmin həbsxanada “Mara 18" və “Salvatruç” cinayətkar dəstələrin üzvləri saxlanılır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qiyam  



Xəbər lenti