“Biz gömrükçü deyilik ki, razılıq verək” - Lavrov

 “Biz gömrükçü deyilik ki, razılıq verək” -    Lavrov
  20 May 2021    Oxunub:794
Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Moskvanın Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Co Baydenin görüşünə razılıq verib-verməməsi barədə sualı zarafatla cavablandırıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Biz gömrükçü deyilik ki, razılıq verək", - deyə Lavrov zarafatla bildirib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken yaxın həftələrdə Putin və Baydenin görüşəcəyini düşünür. Bundan əvvəl isə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Baydenlə nə vaxt və harada görüşməsi barədə danışarkən “qəhvədə fala baxmamağı" təklif edib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden apreldə Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti zamanı ona üçüncü ölkədə təkbətək görüşməyi təklif edib. Amerika lideri daha sonra bildirib ki, görüş iyunda baş tuta bilər.

Azvision.az


Teqlər: Lavrov   Rusiya  



Xəbər lenti