Putin-Zelenski görüşünə hazırlıq gedir

Putin-Zelenski görüşünə hazırlıq gedir
  20 May 2021    Oxunub:822
Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Vladimir Zelenski arasında görüşlə bağlı təmaslar davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfdən təmaslarda Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozak iştirak edir.

Peskov gündəliyin hər hansı mümkün maddələrini açıqlamayıb.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski neytral ərazidə görüşün təşkili üçün prezident administrasiyaları arasında danışıqların başladığını açıqlamışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirZelenski  



Xəbər lenti