“Müxalifət müharibənin başlayacağını xəyal edir” - Paşinyan

“Müxalifət müharibənin başlayacağını xəyal edir” -  Paşinyan
  20 May 2021    Oxunub:1310
Ermənistan müxalifəti yenidən müharibənin başlayacağını arzu edir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Facebook” hesabında yazıb.

Paşinyan bildirib ki, özlərini "müxalifət" elan edən müəyyən dairələr həsrətlə gözlədikləri müharibənin başlamadığına görə “narahat olurlar”.

O, bütün təfərrüatları bu gecə açıqlayacağına söz verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  



Xəbər lenti