Türkiyədə yoluxma sayı 10 mindən aşağı düşdü

   Türkiyədə yoluxma sayı 10 mindən aşağı düşdü
  21 May 2021    Oxunub:812
Türkiyədə son sutka ərzində 207 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 9385 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 160 min 423, pandemiya qurbanlarının sayı isə 45 min 626 nəfərə çatıb.

Türkiyədə indiyədək 4 milyon 989 min 787 pasiyent (son sutkada 9271 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  



Xəbər lenti