Paşinyanın açıqlaması müxalifəti təşvişə saldı - İrəvanda etiraz aksiyası

 Paşinyanın açıqlaması müxalifəti təşvişə saldı -   İrəvanda etiraz aksiyası
  21 May 2021    Oxunub:2032
Ermənistan müxalifəti hökumət binası qarşısında etiraz aksiyası keçirir.
Azvision.az xəbər verir ki, etirazçılar baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Azərbaycanla yeni sənəd imzalanacağı barədə açıqlamasından sonra küçələrə axışıblar.

Mitinqin təşkilatçıları sözügedən sənədin bütün bəndlərinin dərc olunmasını tələb edirlər.

Xatırladaq ki, Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin tənzimlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlarla müəyyən razılaşmaların əldə edildiyini deyib. Onun sözlərinə görə, Azərbaycan razılaşacağı təqdirdə, tərəflər arasında sənəd imzalanacaq.





Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Etiraz   Aksiya  



Xəbər lenti