Koçaryan tərəfdarlarına təzyiq göstərildiyini deyir

 Koçaryan tərəfdarlarına təzyiq göstərildiyini deyir
  22 May 2021    Oxunub:1486
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan tərəfdarlarına təzyiq göstərildiyini iddia edib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında bildirib.

Koçaryan bir neçə gündür ki, hüquq-mühafizə orqanlarının onun tərəfdarlarına təzyiqlər göstərdiyini deyib.

"Mən özümə qarşı edilən qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm. Ancaq sizi xəbərdar etmək istəyirəm ki, komandamın üzvlərinə edilən təqiblər, uydurma işlər unudulmayacaq və bağışlanmayacaq", - sabiq prezident vurğulayıb.

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkilər iyunun 20-də keçiriləcək. Müvafiq fərman prezident Armen Sarkisyan tərəfindən 10 may tarixində imzalanıb. Koçaryan "ARF Daşnaksütyun" və "Dirçələn Ermənistan" partiyalarının daxil olduğu "Hayastan" blokuna (Ermənistan) rəhbərlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RobertKoçaryan  



Xəbər lenti