MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa Kolumbiya bayrağı ilə gəldi

MTX rəhbəri Paşinyanın keçirdiyi iclasa Kolumbiya bayrağı ilə gəldi
  22 May 2021    Oxunub:3606
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında diqqət çəkib. Belə ki, MTX rəhbərinin köynəyinin qol hissəsində tərsinə tikilən bayraq yerli medianın nəzərindən qaçmayıb. MTX direktorunun qolunda Kolumbiya bayraqının əks olunması sosial şəbəkə və KİV-lərdə müzakirələrə səbəb olub.
Azvision.az xəbər verir ki, bu məqam erməni mediası tərəfindən gündəmə gətirilib.

Qeyd olunub ki, Təhlükəsizlik Şurasının iclasına başlamazdan əvvəl iştirakçıların qeyri-erməni bayrağını görmədikləri, Abazyana heç olmasa onu gizlətməsini tövsiyə etmədikləri qəribədir, yaxud da Abazyan inadkarlıq gostərib.

Bütün bunlardan sonra heç olmasa baş nazirin rəsmi səhifəsində fotoşəkilləri yayımlamamaq və lağ mövzusuna çevrilməmək mümkün idi. Lakin görünür, baş nazirlik işçiləri də Abazyanın Kolumbiya bayrağı ilə iclasa gəlməsinin fərqinə varmayıblar.

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ArmenAbazyan  



Xəbər lenti