“Azərbaycanlılar tezliklə Zəngəzurda olacaq” - Edqar Kazaryan

 “Azərbaycanlılar tezliklə Zəngəzurda olacaq” -  Edqar Kazaryan
  22 May 2021    Oxunub:2567
Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş aparat rəhbəri Edqar Kazaryan yerli mediaya verdiyi açıqlamada Zəngəzur dəhlizi layihəsinin tezliklə reallaşacağını bildirib.

Azvision.az xəbər verir ki, onun sözlərinə görə, azərbaycanlılar yenidən Zəngəzurda olacaqlar.
"Tezliklə azərbaycanlılar Sünik (Zəngəzur-red) və Vayots Dzora (Dərələyəz mahalı-red) qayıdacaqlar. Bunu Prezident İlham Əliyev də deyir. O, yalan danışmır və bildirir ki, Sünik (Zəngəzur-red) Azərbaycanın tarixi torpağıdır. Prezident Qarabağ məsələsinin həll olunduğunu söyləyir və bəyan edir ki, biz gələcək haqqında düşünməliyik. Sünik və Vayots Dzorda bu gün İlham Əliyevin dediyi kimi azərbaycanlılar olacaq.

Bizi gözləyən əsl reallıq və gələcək budur. Onların Naxçıvana Sünikdən çıxışları olacaq. Bu çıxışın biri Gorusdan, digəri isə Vayots Dzordandır. Bu, bədbinlik deyil, əslində sənədlərdə də yazılıb. Hətta məlum sənədin 9-cu bəndində Ermənistanın infrastrukturun qurulmasına kömək lazım olduğu qeyd edilib. Başqa sözlə, büdcəmizdən pul xərcləməliyik ki, Jermukdan Xndzoruta gedən yol yaxşı olsun və onlar buradan təhlükəsiz gedib-gələ bilsinlər".

Tural Tağıyev
Azvision.az


Teqlər: Zəngəzur  



Xəbər lenti