Çində dağ marafonunda faciə: 21 nəfər öldü

Çində dağ marafonunda faciə:  21 nəfər öldü
  23 May 2021    Oxunub:1222
Çinin şimal-qərbində yerləşən Qansu şəhərində dağ marafonu zamanı ölənlərin sayı 21 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edk ki, 100 km-lik kros yarışı şənbə günü səhər Baiyin şəhəri yaxınlığında start götürüb. Marafonun 20-30-cu kilometrləri arasındakı yüksəklik hissədə hava kəskin şəkildə pisləşib, dolu, şaxta, yağış və güclü külək başlayıb. Yarış zamanı hava şəraitinin kəskin pisləşməsi 21 nəfərin ölümünə səbəb olub, azı 8 nəfər xəsarət alıb.

Hazırda xilasedicilər yarış iştirakçılarının axtarışlarına davam edirlər.

Azvision.az



Teqlər: Çin  



Xəbər lenti