İran yeni silahlarını təqdim etdi

İran yeni silahlarını təqdim etdi
  23 May 2021    Oxunub:1934
İran İslam İnqilabının Keşikçiləri Korpusunun komandanı, general Hüseyn Səlaminin iştirakilə yeni pilotsuz uçuş aparatının (PUA) təqdimatı olub.
“Qəzzə” adı verilən PUA 35 saat fasiləsiz uça bilir, kəşfiyyat, hücum və müdafiə sahələrində müxtəlif funksiyalara malikdir.

Bundan başqa, “Qüds” yeni radar sistemi, “Kruz” və “9 Dey” bombaları da təqdim edilərək ordunun istifadəsinə verilib. Bu silah-sursatlar tam olaraq İranın yerli istehsalıdır.

General qeyd edib ki, İran heç vaxt müharibə arzusunda olmayıb. Lakin xarici təhdidlər olarsa, Tehran ordusu buna qətiyyətlə cavab verməyə hazırdır.

Azvision.az


Teqlər: İran  



Xəbər lenti