“Deyəsən, Paşinyan ayılıb” - Millət vəkili

“Deyəsən, Paşinyan ayılıb” -    Millət vəkili
  23 May 2021    Oxunub:1557
“Nikol Paşinyanın bu həftə Ermənistan parlamentində etdiyi çıxışa baxıram və gəldiyim nəticə budur ki, forpostdakılar arasında “Dəmir yumruq” nəticəsində az-çox ayılan belə demək olarsa, siyasətçilər varsa, onlardan biri də elə deyəsən, onun özüdür. Ən azından onun səsləndirdiyi bəzi fikirlərdən belə bir nəticəyə gəlmək olur”.
Azvision.az xəbər verir ki, bu sözlər millət vəkili, siyasi şərhçi Sahib Alıyevə aiddir. O, dediklərinə misal olaraq, Paşinyanın Ermənistan parlamentindəki çıxışından bu parçaları göstərib:

- Sərhədlərin delimitasiya və demarkasiyası nə deməkdir? O deməkdir ki, dövlət sərhəddinin toxunulmazlığı haqda qarşılıqı anlaşaraq, bu mövzunu qapatmalıyıq

- Bu kontekstdə sual yaranır ki, belə vəziyyət Qarabağ məsələsinin bitməsi deməkdirmi?

- Mən sizə bir yenilik deyim: 1991-ci ilin dekabrında Almatıda MDB-nin yaranması haqda memorandum qəbul edilərkən bütün ölkələr bir-brinin torpaq bütünlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyaraq onu imzaladılar. ... Əgər bununla bağlı problem varsa o, 2010-cu ildə bax bu salonda Şurnuxdan Sevliçə ( Qara Göl-S.A) qədər torpaqların Azərbaycanınkı sayıldığı İnzibati ərazi bölgüsü haqqında” qanun qəbul edilərkən baş verib. …İndi bu səs-küy nə üçündür? Kimsə mənə izah edə bilər?

-Biz kommunikasiyaların açılmasıyla bağlı dialoqa getməliyik.

-Açığı mən bu məsələni tam anlamıram: biz İran və Rusiyayla marşrut əlaqəsinin yaranmasını istəyirkmi? İstəyirik. Biz Azərbaycanın ərazisindən keçib getməyi, amma Azərbaycanın bunu edə bilməməsini istəyirik? Biz bunu necə təsəvvür edirik?

- Gəlin, nə biz onların torpaqlarından keçib gedək, nə onlar bizimkindən, amma bu, bizim özümüzün blokada siyasətini davam etdirməyimiz demək olacaq.

Paşinyanın bütün bu dediklərindən nə nəticəyə gəlmək olur? O nəticəyə gəlmək olur ki, Ermənistanın indiki rəhbəri nəinki cənab İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasıyla bağlı tələbini, eyni zamanda da iki ölkə arasında sərhədlərin səs-küy salmadan delimitasiya və demarkasiyasını yerinə yetirməyə və hətta Qarabağın dağlıq hissəsinin də məhz Azərbaycan torpağı olduğunu tanımağa hazırdır, yaxud da hazır kimi davranır. Və indi güzəştə getmələrinin günahını isə özünə xas qırmızılıqla Ermənistanın keçmiş hakimiyətinin boynuna qoyur.


Azvision.az


Teqlər: Paşinyan  



Xəbər lenti