Dünyada COVID-19-la bağlı son vəziyyət
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 487 min 62 nəfərdir. İndiyədək 149 milyon 309 min 514 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 33 922 937 nəfər virusa yoluxub, 604 416 pasiyent dünyasını dəyişib. İkinci sırada Hindistan gəlir. İndiyədək ölkədə 26 948 874 nəfərdə virus aşkar edilib. Xəstələrdən 307 249 nəfər həyatını itirib.
Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 16 121 136 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 450 026 nəfəri vəfat edib.
Dördüncü yerdə qərarlaşan Fransada 5 605 896 yoluxma, 108 608 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Türkiyədə 5 194 010 nəfər virusa yoluxub ki, onlardan 46 446-sı dünyasını dəyişib.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: Koronavirus Statistika