ABŞ və Aİ Suriyadakı seçkiləri qanunsuz elan etdi

ABŞ və Aİ Suriyadakı seçkiləri qanunsuz elan etdi
  25 May 2021    Oxunub:1709
ABŞ və Avropa İttifaqı əvvəlcədən Suriyadakı seçkiləri qanunsuz elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Vladimir Çurov bildirib.

"ABŞ, Türkiyə, Avropa İttifaqı Suriyanın inqilabçı və müxalif qüvvələrinin milli koalisiyası ilə həmrəylik nümayiş etdirdi və əvvəlcədən hələ reallaşmayan səsvermənin qanunsuz olduğunu, nəticələri tanımamağa qərar verdilər", - rusiyalı diplomat əlavə edib.

Suriyada prezident seçkiləri 26 mayda keçiriləcək. Ölkə üzrə səhər saat 7-dən axşam 19:00-dək 10 000-dən çox seçki məntəqəsi açıq olacaq. 25 may sükut günü elan edilib.

Suriya prezidentliyinə namizədlər arasında müxalifətdən olan Mahmud Əhməd Merii, sosialist partiyadan keçmiş millət vəkili Abdallah Sallum Abdallah və hazırki dövlət başçısı Bəşər Əsəd də var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ     Suriya   Seçki  





Xəbər lenti