Gürcüstan 1 iyundan quru sərhədlərini açır

Gürcüstan 1 iyundan quru sərhədlərini açır
  25 May 2021    Oxunub:1826
Gürcüstan 1 iyun tarixindən etibarən quru sərhədlərini açır.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurası tərəfindən qərar qəbul edilib.

Şuranın qərargah rəhbəri Georgi Qibradzenin sözlərinə görə, Gürcüstan sərhədini COVID-19-a qarşı peyvəndin tam kursunu təsdiqləyən sənədlə və ya son 72 saat ərzində mənfi PCR testi ilə keçmək mümkün olacaq.

"Bu halda PCR testi ilə Gürcüstana gələn şəxslər yaxın 72 saat ərzində ikinci bir PCR testi etmək məcburiyyətində qalacaqlar".

O, həmçinin ehtiyac yaranarsa, koronavirus infeksiyasının müalicəsi xərclərini ödəmələri məqsədilə bütün xarici qonaqların yanında tibbi sığortanın olmasını tövsiyə edib.

Gürcüstanın quru sərhədləri koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martından bəri bağlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti