Ermənistanda daha bir əsgər intihar edib
Qeyd edilib ki, hərbçi mayın 25-də saat 12:55 radələrində xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomatdan başına atəş açaraq özünü öldürüb.
“Hərbi qulluqçu “Noemberyan” tibb mərkəzinə aparılıb, orada onun ölümü qeydə alınıb”, - məlumatda bildirilir.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Bundan əvvəl Ermənistanın Müdafiə Nazirliyi hadisənin odlu silahdan ehtiyatsız davranma nəticəsində baş verməsi barədə məlumat yaymışdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan