Rusiyada polis 19 yaşlı azərbaycanlını başından güllələdi - VİDEO

 Rusiyada polis 19 yaşlı azərbaycanlını başından güllələdi -  VİDEO
  29 May 2021    Oxunub:1879
Rusiyada polis saxlanma zamanı 19 yaşlı gənci başından güllələyib.

Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Məlumata görə, hadisə Novosibirsk yaxınlığındakı yolda baş verib.
Belə ki, yol hərəkəti qaydalarını pozan avtomobilin sürücüsü polisin saxlanma əmrinə tabe olmayıb. Hüquq mühafizəçiləri “Toyota” markalı avtomobili təqib edərək saxlayıb. Bu zaman sürücünün yanında olan 19 yaşlı gənc avtomobildən düşərək polis tərəf gedib. Polis gənci saxlayan zaman əlindəki silahdan atəş açıb.

Başından güllə yarası alan gənc oğlan xəstəxanaya yerlədirilib, vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, yayılmış kadrlarda Azərbaycan dilində ifadələr yer alıb. Ona görə, gənclərin azərbaycanlı olduğu bildirilir.

Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi ilə - vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq edərək bədənə xəsarətlər yetirmək maddələri ilə cinayət işi başlanıb.

pic.twitter.com/cbCmluaj47

— НТВ (@ntvru) May 29, 2021

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Azərbaycan  





Xəbər lenti