Paşinyan Fransada təhqir edildi - FOTO

   Paşinyan Fransada təhqir edildi -  FOTO
  01 İyun 2021    Oxunub:1222
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Fransaya səfəri etirazla qarşılanıb.

Azvision.az xəbər verir ki, bu gün bir qrup erməni Parisdəki Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Etirazçılar "Nikol satqındır", "Təslimçi" və "Satqın" şüarlarını səsləndiriblər.
Aksiya iştirakçılarından biri Paşinyanın “it kimi gəbərməsini” arzulayaraq, “bu, sondur, bu, sənin Fransaya dövlət büdcəsi hesabına sonuncu səfərindir”, - deyə qışqırıb.





Azvision.az


Teqlər: Nikol-Paşinyan   Fransa   Səfir  





Xəbər lenti