Melkonyan erməni xalqını təhqir etdi
O, erməni millətini bu günlərdə bayram əhval-ruhiyyəsində olmasına görə aşağılayıb. Polkovnik hazırda ölkəsində sərhəd probleminin olmasını, müharibədən sonra on mini keçən ölü, yaralı, itkin və məhbusun varlığını xatırladıb, ardınca İrəvandakı çaxır festivalına toplanmış bir neçə min erməni haqqında sərt ifadələr işlədib:
"Ermənistana bu qədər çirkli, cılız, itirilmiş şəxsiyyət haradan gəldi?".
Xatırladaq ki, dünən İrəvanda ənənəvi şərab festivalı keçirilib. İnsanların bayram ab-havasında olduğu festivaldan çəkilən fotolar bəzi siyasətçilərin və ictimaiyyət nümayəndələrinin etirazına səbəb olub.
Tural Tağıyev
Azvision.az
Teqlər: Ermənistan Polkovnik Təhqir