Zelenski Baydenlə görüşə hazır olduğunu açıqladı
Ukrayna lideri sammit ərəfəsində bu cür məsləhətləşmələri vacib adlandırıb. O əlavə edib ki, bütün məsələləri sadəcə telefonla müzakirə etmək mümkün deyil.
“Baydenin planları və sıx qrafikinə görə bunun baş tuta bilməyəcəyini anlayıram, amma seçim ona qalır. Ukrayna Konstitusiyasının qarantı olaraq, ölkəmi dünyanın hər yerində müdafiə etməyə hazıram. Putinlə görüş ərəfəsində Baydenlə görüşməyə, bütün təfərrüatları müzakirə etməyə də hazıram”, - Zelenski vurğulayıb.
O, Amerika Prezidenti ilə bu və ya digər şəkildə təmaslarının mümkün olduğunu söyləyib.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentlərinin zirvə toplantısı 16 iyunda Cenevrədə keçiriləcək, Amerika tərəfi görüşdə digər məsələlərlə yanaşı Ukraynadakı vəziyyəti də müzakirə etməyi planlaşdırır.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


