Rəsmi Paris Azərbaycanın jestini alqışladı
Qeyd olunub ki, bu, Qafqazda davamlı sülh naminə gərginliyin azaldılmasına və tərəflər arasında inamın bərpasına kömək edəcək mühüm jestdir.
“Fransa tərəfləri atəşkəsin möhkəmləndirilməsinə, 10 noyabr 2020-ci il tarixində imzalanmış razılaşmada yer alan öhdəliklərin effektiv və tam yerinə yetirilməsinə, davamlı siyası həll yolunun tapılmasına imkan verən substantiv dialoq aparmağa çağırır. Buna töhfə vermək üçün tərəflərlə və Minsk Qrupunun tərəfdaşları olan həmsədrlərlə qətiyyətli işimizi davam etdiririk".
Xatırladaq ki, iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Pərvanə Sultanova
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


