Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı

Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı
  15 İyun 2021    Oxunub:2216
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Rəsmi səfərlə Azərbaycana gələn Ərdoğan 28 ildən sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Prezidentlərin təkbətək görüşündən sonra sənədlərin imzalanma mərasimi baş tutacaq. Daha sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcəklər. Ardınca Ərdoğan Şuşada gəzintiyə çıxacaq.

Azvision.az



Teqlər: RəcəbTayyibƏrdoğan   Şuşa  



Xəbər lenti