“Pis və yaxşı günlərdə bərabər olacağıq” - Türkiyə MN

 “Pis və yaxşı günlərdə bərabər olacağıq” -  Türkiyə MN
  15 İyun 2021    Oxunub:1769
Türkiyənin Milli Müdafiə Nazirliyi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.
Azvision.az xəbər verir ki, nazirliyin Tvitter səhifəsindəki paylaşımda deyilir:

“Qardaş ölkə Azərbaycanın Milli Qurtuluş Gününü təbrik edir və nəcib Azərbaycan xalqını könüldən salamlayırıq. “Bir millət, iki dövlət” şüarı ilə pis və yaxşı günlərdə bərabər olmağa davam edəcəyik”.

Qeyd edək ki, 15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Təbrik  



Xəbər lenti