“Bayden-Putin görüşü NATO üçün əhəmiyyətlidir” - Baş katib

 “Bayden-Putin görüşü NATO üçün əhəmiyyətlidir” -  Baş katib
  16 İyun 2021    Oxunub:1850
ABŞ və Rusiya liderlərinin görüşü NATO-nun siyasəti baxımından əhəmiyyətlidir.
Azvision.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq “CNN”ə müsahibəsində deyib.

"İki prezidentin görüşməsini vacib hesab edirəm. Həmçinin, müttəfiqlərimizin məmnuniyyətlə qarşıladığı Prezident Co Baydenin həmkarı Putinlə görüşdən əvvəl bütün NATO liderləri ilə danışaraq məsləhətləşməsi çox mühüm faktdır. Çünki ittifaq təhlükəsizlik məsələlərində koordinasiya platformasıdır. Və əlbəttə ki, Rusiya ilə münasibətlər son dərəcə vacibdir", - baş katib bildirib.

O əlavə edib ki, NATO güclü qalmalı, eyni zamanda Rusiya ilə dialoqa getməlidir.

"Rusiya bizim qonşumuzdur. Yaxın gələcəkdə münasibətlərin yaxşılaşacağına inanmasaq belə, onunla danışmalıyıq", - Stoltenberq bildirib.

Qeyd edək ki, Putinlə Bayden arasında görüş bir neçə saatdan sonra Cenevrədə başlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO   Rusiya  



Xəbər lenti