İranda daha bir prezidentliyə namizəd geri çəkildi

İranda daha bir prezidentliyə namizəd geri çəkildi
  16 İyun 2021    Oxunub:1283
İranın Qum şəhərindən olan deputat və ölkə parlamentinin Araşdırma Mərkəzinin rəhbəri Əlireza Zakani Ali Məhkəmənin sədri İbrahim Rəisinin lehinə namizədliyini geri götürüb.
Azvision.az xəbər verir ki, bu barədə Zakani “YJC” agentliyinə müsahibəsində deyib. Bundan əvvəl “Tasnim” agentliyi İran parlamenti deputatlarının prezidentliyə namizəd olan bütün mühafizəkarları namizədliyini Rəisinin lehinə geri götürməyə çağırdığını bildirib.

Müraciət “Sepah”ın sabiq komandiri Möhsen Rezai, İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Səid Cəlili, parlament sədrinin müavini Əmir Hüseyin Kazizadə Haşimi və Zakaniyə ünvanlanıb.

İranın keçmiş vitse-prezidenti Möhsün Mehrəlizadə də namizədliyini geri götürüb. Beləliklə, islahatçı düşərgədən yalnız ölkənin Mərkəzi Bankının keçmiş başçısı Abdolnaser Hemmati kampaniyada iştiraka davam edir. İranda prezident seçkiləri 18 iyuna təyin edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Seçki  



Xəbər lenti