Rusiya və ABŞ viza mövzusunda dialoqu bərpa edəcək

Rusiya və ABŞ viza mövzusunda dialoqu bərpa edəcək
  22 İyun 2021    Oxunub:1147
Rusiya ilə ABŞ arasında viza problemləri ilə bağlı dialoqun yaxın vaxtlarda bərpa edilməsi planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin rəhbəri Anatoli Antonov bildirib.

“Çox yaxın vaxtda amerikalı həmkarlarımızla viza məsələləri üzrə dialoqu bərpa edəcəyik”, - səfir deyib.

İyunun 20-də A.Antonov vəzifəsinin icrası üçün Vaşinqtona qayıdıb. O, Rusiya-Amerika münasibətlərindəki problemlərin çox ciddiliyini vurğulayıb, əlavə edib ki, Moskva həll yollarını tapmaq üçün konstruktiv söhbətə hazırdır.

16 iyun tarixində Cenevrədə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş keçirilib. Danışıqlar həm təkbətək, həm geniş tərkibdə beş saata yaxın davam edib.

Görüşün nəticələrindən biri də iki ölkə səfirlərinin - Moskvaya və Vaşinqtona qarşılıqlı olaraq qayıtmasına dair razılaşma olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   ABŞ   Viza  



Xəbər lenti