Ermənilər Amaras və Qandzasar monastırlarını ziyarət edib

Ermənilər Amaras və Qandzasar monastırlarını ziyarət edib
  22 İyun 2021    Oxunub:1590
Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Qandzasar (Gəncəsər - red.) monastırlarını ziyarət edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri erməni zəvvarların monastırı ziyarət zamanı müşayət edir və onların təhlükəsizliyini həyata keçirir. Bu gün Xankəndindən 150-dən çox zəvvar müşayiət edilib", - açıqlamada vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Monastr   Ziyarət  



Xəbər lenti