"Taliban" 50 rayonu nəzarətə götürüb
BMT-nin Əfqanıstan üzrə Xüsusi Nümayəndəsi Deborah Layonsun verdiyi məlumata görə, "Taliban" hərəkatının qanunsuz silahlı birləşmələrinin hücum əməliyyatları zamanı terrorçular Əfqanıstanın 50-dən çox bölgəsini nəzarətə götürə biliblər. BMT nümayəndəsi indiki situasiyanı belə qiymətləndirib ki, “Taliban” xarici qoşunların ölkədən çıxmasından sonra paytaxtı ələ keçirtməyə hazırlaşır. Bunun üçün terroristlər rayonları zəbt etməkdə davam edirlər.
Qeyd edək ki, talıbançıların hücumları bu ilin may ayından başlayıb.
Tural Tağıyev
Azvision.az
Teqlər: Taliban Əfqanıstan







Vaxtında, Aydın, Lazımlı!


