ABŞ Əfqanıstanda 650 hərbçi saxlayacaq

ABŞ Əfqanıstanda 650 hərbçi saxlayacaq
  25 İyun 2021    Oxunub:1181
ABŞ Əfqanıstandan hərbi kontingentini çıxardıqdan sonra ölkədə təxminən 650 əsgər saxlayacaq.
Azvision.az xəbər verir ki bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilir ki, Əfqanıstanda qalacaq hərbçilərin əsas vəzifələri səfirlik binalarının qorunması və diplomatların işgüzar səfərlər zamanı təhlükəsiz hərəkətinin təmin edilməsi olacaq.

Qeyd edək ki, ABŞ qoşunlarını Əfqanıstandan may ayında çıxarmağa başlayıb. Prezident Cozef Bayden administrasiyası qoşunların çıxarılması prosesini sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır. Əvvəlki ABŞ administrasiyasının “Taliban” hərəkatı ilə razılaşmasına əsasən isə qoşunlar mayın 1-dək ölkədən çıxarmalı idi.


Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti