Xamenei öz vaksinlərilə peyvənd olunub

Xamenei öz vaksinlərilə peyvənd olunub
  25 İyun 2021    Oxunub:1649
İranın Ali lideri Ayətullah Əli Xamenei koronavirusa qarşı peyvəndin ilk dozasını qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Xamenei öz “Twitter” səhifəsində bildirib.

Xamenein "COV-Iran Barekat" peyvəndi vurdurub. Məlumata görə, o, əvvəlcədən məhz bu peyvəndi qəbul edəcəyi şərtini irəli sürüb.

Ali lider, həmçinin peyvəndin ərsəyə gəlməsində bilik və təcrübələrindən istifadə edən, elmi və praktik səy göstərən hər kəsə təşəkkürünü çatdırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AyətullahƏliXamenei   vaksin   İran  



Xəbər lenti