Tokioda yenidən fövqəladə vəziyyət elan edilə bilər
O, paytaxt küçələrində axşam saatlarında gəzintiyə çıxan insanların sayının artdığını deyib. Nazir, bu artımın iyunun 20-də başa çatan fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu sonuncu günlərdə də müşahidə edildiyini söyləyib. Onun sözlərinə görə, bu, yoluxma sayının artmasına səbəb ola bilər.
Tamura Norihişa hələ də əhalinin böyük hissəsinin vaksinasiya olunmadığını və yoluxmanın qarşısını almaq üçün daha ciddi tədbirlərə ehtiyac olduğunu vurğulayıb.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


