ABŞ-ın raket esminesi Qara dənizə istiqamət alıb

ABŞ-ın raket esminesi Qara dənizə istiqamət alıb
  26 İyun 2021    Oxunub:1933
Amerikanın “USS Ross” raket esminesi “Sea Breeze-2021” çoxmillətli hərbi təlimlərin keçiriləcəyi Qara dənizə doğru istiqamət alıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanması “Twitter” səhifəsində məlumat verib.

“Amerikanın “USS Ross” raket esminesi 30-dan çox ölkənin iştirak edəcəyi “Sea Breeze - 2021” çoxmillətli hərbi təlimlərinin keçiriləcəyi Qara dənizə doğru istiqamət alıb”, deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bundan əvvəl Amerikanın Ukraynadakı səfirliyi təlimlərdə ABŞ da daxil olmaqla 32 ölkənin iştirak edəcəyi barədə məlumat yayıb. Manevrlərdə 5 min hərbçi iştirak edəcək, 32 gəmi və 40 təyyarənin istifadəsi planlaşdırılır.

Moskva isə ABŞ-ı və müttəfiqlərini Qara dəniz bölgəsindəki hərbi fəaliyyətlərdən imtina etməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Təlim   Qaradəniz  



Xəbər lenti